
Alov Travel Baku MMC tərəfindən gənclər üçün ödənişli təcrübə proqramı elan olunur!
Namizədlərə tələblər:
Xarici dil biliyi (xüsusilə İngilis və Rus dillərində sərbəst ünsiyyət bacarığı)
Geniş dünyagörüş və analitik düşüncə qabiliyyəti
Məsuliyyətli, ünsiyyətcil, gülərüz və təşəbbüskar davranış
Komanda ilə effektiv işləmək və təşkilatçılıq bacarığı
Yüksək natiqlik və motivasiyaetmə bacarığı
İdarəetmə və liderlik potensialı
Şirkət tərəfindən təqdim olunan imkanlar:
Təcrübə dövründə əlavə bonus ödənişlər
Şirkət loqolu T-shirt-lərlə təminat
Təcrübəçilərin təhlükəsizliyinin tam təmin olunması
Peşəkar təlim və seminarların keçirilməsi
İnfo-turlar vasitəsilə əsas turistik məkanlarla yerində tanışlıq
Nahar fasiləsində yeməklə təminat
Əyləncəli motivasiya saatlarının təşkili
Təcrübəçilərə xasiyyətnamə və rəsmi sertifikat təqdim olunması
Təcrübəni uğurla başa vuranlara part-time əsasda minimum 200 AZN əməkhaqqı ilə iş imkanı
Qeyd: Alov Travel Baku MMC, Tripadvisor, GetYourGuide, Tripster və digər beynəlxalq onlayn turizm platformalarında da aktiv fəaliyyət göstərən yerli turizm şirkətidir.